Cəmiyyət

Qubada baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
“Report” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə zamanı daha 2 nəfər xəsarət alıb. Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.
16.10.2021. 23:48
Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.
“Report”un Şimal bürosunun məlumatına görə, Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button