İqtisadiyyat

Qlobal yük təyyarələri parkı 20 ilə 70%-dən çox genişlənəcək

Dünyada 2030-cu ilədək 3,2 trln. ABŞ dollar dəyərində olan mülki təyyarələrə tələbat 19 min vahid təşkil edəcək.
“APA-Economics” xəbər verir ki, bu barədə ABŞ-ın “Boeing” aerokosmik konserni tərəfindən mülki və hərbi sahələrdə, habelə ticarət və yük aviadaşımalarında aerokosmik bazarın inkişafına dair dərc etdiyi proqnozda deyilir.
Qeyd olunur ki, ötənilki proqnoz 2,9 trln. dollar dəyərində 18 350 min təyyarə təşkil edirdi. 2040-cı ilə qədər tələbatın 43 500 min (7,2 trln. dollar) olduğu təxmin edilir ki, bu da keçən il proqnozlaşdırılandan təqribən 500 təyyarə çoxdur.
Hesabatda həmçinin ən böyük tələbatın yeni yük və yük təyyarələrinə modernizə edilən sərnişin laynerlərinə olacağı bildirilir. Elektron ticarətin inkişafı ilə əlaqədar hava yük daşımalarına davamlı tələbatı, eləcə də sürətli hava daşımalarına olan tələbatı nəzərə alaraq, “Boeing”in analitikləri 20 il ərzində qlobal yük təyyarələri parkının pandemiyadan əvvəlkindən 70% daha çox genişlənəcəyini proqnozlaşdırırlar.
Şirkət hələ də qlobal aviadaşımaların illik artımını orta hesabla 4% səviyyəsində qiymətləndirir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button