İqtisadiyyat

Qlobal peyvənd bazarının potensial liderləri açıqlanıb

ABŞ-ın “Moderna” və “Pfizer” şirkətləri, həmçinin “Pfizer”in alman ortağı “BioNTech” inkişaf etməkdə olan ölkələrə tədarükün artması səbəbindən 2022-ci ildə 90 mlrd. dollardan çox məcmu satışla qlobal peyvənd bazarında üstünlük təşkil edəcəklər.
“APA-Economics”in məlumatına görə, bu barədə “Financial Times” Britaniyanın “Airfinity” analitik şirkətinin proqnozuna istinadən yazır.
Mütəxəssislərin fikrincə, gələn il peyvənd istehsalçıları “BioNTech”/”Pfizer” və “Moderna” Çin istehsalı olmayan COVID-19 əleyhinə peyvənd bazarının dörddə üçünə nəzarət edəcəklər.
Onların rəqibləri – “AstraZeneca” (İsveç-Britaniya), “Johnson & Johnson” (ABŞ), “Sputnik V” (Rusiya) və “Novavax” (ABŞ) bazarın qalan hissəsinə sahib olacaqlar ki, həmin bazarın dəyəri 124 mlrd. dollar səviyyəsində qiymətləndirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button