İqtisadiyyat

Qlobal neft bazarında bu ilin son rübündə tarazlıq yarana bilər

“OPEC+” razılaşması çərçivəsində hasilatın artırılması bu ilin son üç ayında qlobal neft bazarında tarazlığın (tələblə təklifin arasında – red.) yaranmasına səbəb ola bilər.
“APA-Economics”in məlumatına görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) analitikləri hesab edir.
Məlumata görə, hazırda bazarda defisitin olmasına baxmayaraq, “OPEC+” razılaşmanın iştirakçıları tərəfindən hasilatın artırılması səbəbindən ilin son rübü ərzində qlobal neft bazarı tarazlığa daha yaxın ola bilər.
Bununla yanaşı, analitiklər hesab edir ki, “OPEC+” ölkələri tərəfində orta gündəlik neft hasilatının hər ay 400 min barel artırmağa davam etsə, artıq 2022-ci ilin I rübündə bazarda gündəlik təklif tələbi 1,4 mln. barel üstələyə bilər (İranın sanksiyalar altında qaldığı halda), ilin II rübündə isə bu göstərici artıq 2,4 mln barelə çata bilər.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button