İqtisadiyyat

Qlobal maye karbohidrogenlərin istehlakı 2023-cü il üçün bərpa olacaq

Neft və digər maye karbohidrogenlərdən qlobal istifadə 2023-cü il üçün pandemiyadan əvvəlki (2019-cu il) səviyyəyə qayıdacaq.
Bu barədə “APA-Economics” ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) proqnozuna istinadən xəbər verir.
Proqnoza əsasən, bu artım İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrdə enerji istehlakının hesabına baş verəcək.
EIA OECD-yə daxil olan ölkələrdə növbəti 30 il ərzində haçansa maye karbohidrogenlərin pandemiyadan öncəki istehlakına qayıdacağını proqnozlaşdırmır, bu da həmçinin yanacaq səmərəliliyinin artması ilə əlaqədardır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button