Gündəm

Qlobal innovasiyaya görə neçənciyik

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə bu gün, sentyabrın 15-də Baş Prokurorluq məlumat yayıb.

Söhbət habelə, həmin qurumda sabiq şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovdan gedir.

İddiaya görə, M.Şixəliyevin mütəşəkkil dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə almasına əsaslı şübhələr yaranıb.

M.Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs… tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham verilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib: “Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib”.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hələlik, ittihama sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

2015-ci ilin oktyabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX) yaradılıb

Xatırlatma

Bundan əvvəl, 2015-ci ilin oktyabrında bu nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Həmin generallardan hazırda yalnız ikisi – Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib. Onlar qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. Onlar ittihamları, əsasən, qəbul etməyiblər.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button