Cəmiyyət

Qızılağac Milli Parkının ərazisində ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova “Report”a bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib.
O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button