İqtisadiyyat

Qızıl ucuzlaşır

Qızıl möhkəmlənən ABŞ dollarının təzyiqi altında ucuzlaşır. İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) kəskin tədbirlər görməsi perspektivlərini qiymətləndirirlər.

Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,66%, yaxud 12,15 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 825,35 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 2% artaraq, 1 unsiyası 23,052 ABŞ dolları təşkil edib.

ABŞ dollarının məzənnəsinin artması qızılın qiymətinə təzyiq göstərir. Belə ki, daha güclü dollar qızılı satınalma üçün daha az əlçatan edir. ABŞ dollarının indeksi isə 0,44% artaraq, 95,97 bəndə çatıb.

ABŞ dolları bazarındakı bu sıçrayışa ABŞ-da 1982-ci ilin fevral ayından sonra rekord səviyyədə inflyasiyanın müşahidə olunması səbəb olub. Belə ki, ötən ay ilə müqayisədə istehlak qiymətləri illik ifadədə 7%-dən 7,5%-dək sürətlənib. Analitiklər artımın 7,3% təşkil edəcəyini gözləyirdilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button