İdman

“Qızıl top” siyasi mükafatdır” – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç “Qızıl top”u heç vaxt qazana bilmədiyinə görə peşman olmadığını deyib.

Qol.az “Bayern&Germany” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı oyunçu “Qızıl top”un siyası mükafat olduğunu söyləyib:
“Bu mükafatı qazanmamağım mənim üçün heç nəyi dəyişmir. “Qızıl top” siyasi  mükafatdır. Onu yaxşı adama vermək asandır. Onlara “ideal cənab” lazımdır. İstədiyinizi açıq desəniz, bu mükafatı ala bilməzsiniz”.

Qeyd edək ki, İsveç millisinin üzvü bu mövsüm “Milan”ın heyətində 22 oyunda 8 qol vurub, 2 qolun ötürməsini verib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button