Qız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla işıqlandırılacaq

Qız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla işıqlandırılacaq.
Trend xəbər verir ki, “Mavi işıqla işıqlandır” (“Light It Up Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, 2008-ci ildən başlayaraq hər il aprelin 2-də Dünya Autizm Məlumatlandırma Günü qeyd edilir. Bu barədə BMT Baş Məclisi 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. 2010-cu ildən isə ABŞ-ın “Autizm Speaks” təşkilatı tərəfindən həyata keçirilməyə başlayan “Mavi işıqla işıqlandır” layihəsi bu günün önəm və mahiyyətini simvolizə edir, bütün dünyanın diqqətini autizmdən əziyyət çəkən uşaqlara yönəldir. “Mavi işıqla işıqlandır” layihəsi indiyədək dünyanın 136 ölkəsində 600-dən çox şəhərdə tarix və memarlıq abidələrinin üzərində həyata keçirilib.