Siyasət
Qiyas İbrahimov sərbəst buraxıldı – Savash.org

Gənc fəal Qiyas İbrahimov sərbəst buraxılıb.
Savash.org bildirir ki, bu barədə o özü facebook-da məlumat paylaşıb.
O qeyd edib ki, barəsində araşdırmalar davam etdirilir: “Sonradan məhkəməyə çağırılacağımı dedilər”.
Xatırladaq ki, Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.
Onu da qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi dünən “Nida” müxalifət hərəkatının fəalı Qiyas İbrahimovun intihara cəhd etməsi barədə xəbər yaymışdı.
İstiqlal