İdman

“Qısa zamanda komanda yaratmaq asan deyil”

“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə keçirilən oyundan sonra deyib.
Belqradda baş tutan matçda 1:3 hesabı ilə məğlub olan yığmamız qrup sonunculuğunu təmin edib.
Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis millinin çıxışını dəyərləndirib: “Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button