İdman

Qış Olimpiya Oyunlarında ilk yarışlara start verildi

Çinin paytaxtı Pekində Qış Olimpiya Oyunları çərçivəsində ilk yarışlar start götürüb.

Trend-in məlumatına, yarışlara ilk olaraq körlinq üzrə qarışıq cütlüklər başlayıb.

Bakı vaxtı ilə saat 16:05-də İsveç-Böyük Britaniya, Avstraliya-ABŞ, Norveç-Çexiya, Çin-İsveçrə matçları başlayıb.

Bu gün eyni zamanda kirşə idmanında rəsmi məşqlər keçirilir.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasimı fevralın 4-də baş tutacaq. Yarışlar fevralın 20-dək davam edəcək.

Azərbaycanı Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında kişilər arasında Vladimir Litvintsev, qadınlar arasında Yekaterina Ryabova təmsil edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button