İdman

Qış olimpiadasına gedən daha 4 nəfərdə koronavirus aşkarlanıb

Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında daha 4 nəfər koronavirusa yoluxub.

Yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 23-də olimpiada üçün Çinin paytaxtına gələn 4 şəxsin testi müsbət çıxıb.

Həmin şəxslərin adları və hansı ölkəni təmsil etdikləri açıqlanmayıb. Daha əvvəl 72 nəfərin testi müsbət nəticələnib.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 – 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button