Dünya

Qırğızıstan Prezidenti vətəndaşlara müraciət edib

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxladığını bildirib.

Bu barədə dövlət başçısı feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Əziz qırğızıstanlılar! Sərhəddəki vəziyyət tamamilə mənim nəzarətimdədir. Allah qoysa, hər şeyi danışıqlar yolu ilə, sülh yolu ilə həll edəcəyik. Narahat olmayın”, – ölkə lideri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər. İki ölkənin sərhədində dünən baş verən atışma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button