Dünya

Qırğız Respublikasının sabiq prezidentinə qarşı yeni ittihamlar irəli sürülüb

Qırğız Respublikasının hüquq-mühafizə orqanları sabiq prezident Almazbek Atambayevə qarşı iki yeni ittiham irəli sürüb. Bu, ötən ilin oktyabr ayında Bişkek şəhərində kütləvi iğtişaşların təşkili və hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkili Sergey Slesarev məlumat verib.
Vəkil bildirib ki, iğtişaşların ilk günlərində sabiq prezident həbsxanada olduğundan fikizi olaraq iğtişaşların təşkilində iştirak edə bilməzdi.
A.Atambayevlə yanaşı, bu işdə prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovun, sabiq prezidentin keçmiş mühafizəçisi Kanat Saqımbayevin, həmçinin DİN-in sabiq nazir müavini Kursan Asanovun da adı hallanır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button