İqtisadiyyat

Qeyri-OPEC ölkələri maye karbohidrogenlərin hasilatını artıracaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-2022-ci illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
“APA-Economics”in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,64 mln. barel səviyyəsində olacağı ehtimal edilir, bu da öncəki proqnozla müqayisədə 0,21 mln. barel azdır.
Hesabata əsasən, 2022-ci ildə sözügedən göstəricinin 66,66 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da sentyabr ayında verilən proqnozla müqayisədə 0,13 mln. barel azdır.
Beləliklə, 2022-ci ildə qeyri-OPEC ölkələri üzrə hasilat cari ilin proqnoz göstəricisi ilə müqayisədə 3,02 mln barel və ya 4,74% artacaq. Bu il isə artım tempinin 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,66 və ya 1,05% səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,98 mln. barel təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button