İqtisadiyyat

“Qazprom”un qaz ixracından gəlirləri kəskin artıb  

Bu ilin yanvar-iyul aylarında Rusiyanın “Qazprom” şirkətinin boru kəmərləri ilə ixrac etdiyi qazdan əldə etdiyi gəliri illik müqayisədə 1,8 dəfə artaraq 23,7 mlrd. ABŞ dollarına çatıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı Federal Gömrük Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə şirkət 123,8 mlrd. kubmetr qaz ixrac edib ki, bu da illik ifadədə 14,9% çoxdur.
Qeyd olunur ki, iyul ayında qazın ixrac qiyməti iyun ayı ilə nisbətdə 8% artıb və min kubmetr üçün 245,1 dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button