İqtisadiyyat

“Qazprom” “Türk axını” ilə Macarıstan və Xorvatiyaya qazın tədarükünə başlayıb

Rusiyanın “Qazprom” şirkəti oktyabrın 1-dən “Türk axını” kəməri vasitəsi ilə Macarıstan və Xorvatiyaya qaz nəqlinə başlayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə “Qazprom” şirkətinin açıqlamasında bildirilir.
“Bu gün Rusiya təbii qazın yeni marşrutla – “Türk axını” kəməri vasitəsi və daha sonra Bolqarıstan, Serbiya və Macarıstanın milli qaz ötürmə sistemləri ilə Macarıstan və Xorvatiyaya tədarükünə başlayıb”, – deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, “Türk axını” kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button