İqtisadiyyat

“Qazprom” “Sibirin Gücü” kəməri ilə Çinə qazın nəqlini dayandıracaq

Rusiyanın “Qazprom” şirkəti “Sila Sibiri” (“Sibirin Gücü”) boru kəməri ilə Çinə qaz nəqlini müvəqqəti olaraq dayandıracaq.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı “Qazprom”a istinadən xəbər verir.
Məlumata görə, təmir işlərinin aparılması ilə əlaqədar 22-29 sentyabr tarixləri arasında kəmərlə qazın nəqli dayandırılacaq.
Qeyd olunur ki, “Qazprom” və Çinin CNPC şirkəti işlərin keçiriləcəyi qrafiki ötən il razılaşdırıblar.
Xatırladaq ki, sözügedən kəmərlə Çinə qazı idxalına 2019-cu ilin sentyabrda başlanılıb. Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə “Qazprom” 2025-ci ildə nail olmağı planlaşdırır. Belə ki, bu kəmər vasitəsi ilə 2020-ci ildə Çinə ən azı 5 mlrd. kubmetr, 2021-ci ildə 10 mlrd. kubmetr və 2022-ci ildə 15 mlrd. kubmetr qaz tədarük ediləcək. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar.
Müqavilənin ümumi dəyəri 400 mlrd. ABŞ dolları təşkil edib. Boru kəmərinin inşası beş il davam edib və 1,1 trln. rubla başa gəlib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button