İdman

Qazilər arasında qılıncoynatma üzrə “I Zəfər Kuboku” yarışı keçirildi

30 ildən sonra azad Ağdam ilk dəfə olaraq idman yarışına ev sahibliyi etdi. “I Zəfər Kuboku” yarışının birinci iştirakçıları isə vətən müharibəsi qaziləri oldu. İdmanın qılıncoynatma növü üzrə keçirilən “I Zəfər Kuboku” yarışı Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə keçirildi. Yarışın yarımfinal və final mərhələləri Qarabağ xanı Pənahəlixanın sarayında baş tutdu. Turnirin qaliblərinə 2024-cü ildə Fransada keçiriləcək Yay Paralimpiya oyunlarında iştirak etmək üçün hazırlaşmaq imkanı da yaradılacaq.

Birinci yerə Hüseyn Əlixanov layiq görüldü. Nicat Əhədovla Seyidəkbər Xaliqov müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşdı. Yarışda iştirak etməyən qazilər də həvəsləndirici medallarla təltif olundu.

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button