CəmiyyətManşet

Qazi ailəsinin problemi: Şikayət və reallıqlar

44 günlük Vətən savaşında şərəfli mübarizə yolundan keçərək, torpaqlarımızı düşmən işğalından azad edən igidlərimizin sosial vəziyyəti və sağlamlığının təmin olunması dövlətin prioritet məsələlərindəndir.

1-ci Qarabağ Müharibəsinin veteranı olan qazi atası bildirir ki, oğlunun səhhəti və sosial vəziyyəti ilə Cəlilabad rayonunda heç bir qurum maraqlanmır:

“Oğlum Zeynalov Coşqun Çingiz oğlu Vətən Müharibəmizdə canla-başla döyüşüb və Prezidentimiz tərəfindən 4 medal və fəxri mükafat ilə təltif olunub. Lakin bu gün onun səhhəti və dolanışığı ilə demək olar ki, maraqlanan yoxdur. Ağır travma alıb amma nə xəstəxana, nə də İcra Hakimiyyəti bizə köməklik edir. Yalan vədlər verərək bizi yola verirlər, ortada da heç bir şey yoxdur. Evimiz 1 otaqlıdır və qəzalı şəraitdədir. Suyun, nəmin, qurdun-quşun içində yaşayırıq. Bununla bağlı Prezident İlham Əliyevə müraciət etmişdik və bələdiyyəmizə tapşırıq verilmişdi ki, bizi torpaqla təmin etsinlər. Bələdiyyə də 3-4 aydır ki, sənədlərimi alıb amma hələ də torpaqdan səs-səmir yoxdur və 2 minə yaxın rüsum tələb edirlər. Biz bu vəziyyətlə o qədər pulu necə verək? Torpağa görə bizdən niyə rüsum tələb olunmalıdır?”

Məsələ ilə bağlı  istiqlal.az Cəlillabad rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb.  İcra hakimiyyətindən bildiriblər ki, Çingiz Təhməzov ayrı-ayrı vaxtlarda rayon icra hakimiyyətinin başçısı tərəfindən dəfələrlə qəbul edilmiş, həmçinin vəziyyəti nəzərə alınaraq ona bir neçə dəfə maddi yardım göstərilmişdir. Oğluna isə həyətyanı torpaq sahəsi təhkim olunmuş və ilkin sənədləşmə işlərinə başlanılmışdır. Çingiz Təhməzov və hayat yoldaşı Yazgül Təhməzovanın sənədləri ƏSMM yanında Tibbi-Sosoal Ekspert komissiyasına göndərilmiş, özü əlillik meyarlarına uyğun gəlməmiş, lakin yoldaşına pensiya təyin olunmuşdur. Keçən illərdə yollarına rayon icra hakimiyyəti tərəfindən qum-çınqıl materialı tökülərək normal vəziyyətə gətirilmişdir. Gələcəkdə investisiya proqramında yollarının əsaslı təmir olunması plana salınmışdır. Çingiz Təhməzovun oğlu Coşqun Zeynalov “Məşğulıluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır,lakin yalnız Cəlilabad rayon Mərkəzi Xəstəxanasında mühafizə xidmətində işlə təmin olunmaq istədiyini qeyd etmişdir. Hələki Coşqun Zeynalova “Məşğulluq” altsistemində vakansiya bankından istəyinə uyğun iş təklif etmək mümkün olmamışdır.Əlavə olaraq bildiririk ki, vətəndaş Çingiz Təhməzov özü ötən ildən Dost İş Mərkəzində işlə təmin edilmişdir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button