Gündəm
Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Qazaxıstan Respublikasının bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.
Ümummilli Matəm Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib.
Karantin məhdudiyyətlərini nəzərə alaraq, Qazaxıstan səfirliyinin [email protected] elektron poçt ünvanında onlayn başsağlığı dəftəri açılıb.