Dünya

“Qazaxıstandakı son iğtişaşlara müdaxilə etməmişik”- “Taliban”

“Taliban” Qazaxıstandakı son iğtişaşlara müdaxiləsi ilə bağlı iddiaları rədd edərək, bu cür ittihamların həqiqətə uyğun olmadığını bildirib.

“Afghanistan Sun” xəbər verir ki, bu barədə qurumun sözçüsü Zabihullah Mücahid açıqlamasında deyib: “Biz Qazaxıstandakı problemlərin ağlabatan və sülh yolu ilə həllini istəsək də, bütün tərəfləri əmin edirik ki, Əfqanıstan torpağından heç bir ölkəyə təhlükə yoxdur”.

Zabihullah Mücahid əlavə edib ki, onlar İslam Əmirliyinin hər kəsə Əfqanıstan ərazisindən başqa ölkənin zərərinə istifadə etməyə və ya başqa ölkələrin işlərinə qarışmağa icazə verməsi iddiasını qətiyyətlə rədd edir, çünki bu barədə heç bir dəlil, sübut yoxdur.

“Taliban” sözçüsünün açıqlamasında deyilir ki, bir müddət əvvəl bəzi KİV-lər Rusiya rəsmilərinə istinadən Qazaxıstandakı etiraz aksiyalarında Əfqanıstandan olan bəzi şəxslərin də iştirak etdiyi xəbəri yayılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button