Dünya

Qazaxıstanda COVID-19-un “Eta” ştamı aşkarlanıb

Qazaxıstanda COVID-19-un “Eta” ştamı (“Nigeriya” ştamı) aşkarlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Soy məlumat verib.
O bildirib ki, yeni ştamın klinik əlamətləri “Alpha” və “Beta” ştamlarının əlamətləri ilə eynidir. Belə ki, “Eta” ştamına yoluxanlarda da yüksək temperatur, öskürək, iybilmə və dadbilmə qabiliyyətinin itirilməsi, xəstəliyin ağır keçməsi kimi hallar müşahidə olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button