Dünya

Qazaxıstanda baş verən atışmada 5 nəfər ölüb

Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində 5 nəfər ölüb.
“Report” TASS-a istinadən bildirir ki, bu barədə Almatı Şəhər Polis İdarəsi məlumat yayıb.
Hadisə sentyabrın 20-də baş verib. Ölənlərdən ikisi polis əməkdaşıdır.
Məlumata görə, evdən çıxarılmaya dair məhkəmə qərarının icrası zamanı yerli sakinlərdən biri, 1967-ci ildə anadan olmuş D. adlı şəxs məhkəmə icraçıları, sahə müvəkkili və Fövqəladə Hallar üzrə İdarənin əməkdaşlarına odlu silahdan atəş açıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button