Siyasət

Qazaxıstan səfiri Fuad Nağıyevlə görüşüb

Qazaxıstanın Azərbaycandakı Səfiri Serjan Abdıkarimov Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Sədri Fuad Nağıyevlə görüş keçirib.
İstiqlal.az xəbər verir ki, tərəflər turizm sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı məsələlərini ətraflı müzakirə edib.
Görüşdə iki ölkə arasında müntəzəm aviareyslərin başlamasını və qarşılıqlı turist axının artmasını məmnunluqla qeyd edilib. Qazaxıstanın və Azərbaycanın postpandemiya dövründə turizm potensialının inkişafı, qarşıdan gələn turizm sərgilərdə və konfranslarda nümayəndə heyətlərin iştirakı haqqında fikir mübadiləsini aparılıb.
Bu il Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində tərəflər turizm sahəsində qarşılıqlı tədbirlərin keçirilməsi mümkünlüyünü müzakirə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button