Mədəniyyət

“Qazax – Qızıl adamın tarixi” filmi Bakıda təqdim edilib

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Qazaq. History of Golden Man” (Qazax. Qızıl adamın tarixi) filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

İstiqlal.az xəbər verir ki, qonaqları salamlayan filmin rejissoru İqor Lopatonuk filmin çəkiliş prosesi haqqında qısa məlumat verərək filmin iki il müddətində ərsəyə gəldiyini deyib.

Filmin müəlliflərindən biri amerikalı rejissor Oliver Stoun, prodüser Vera Tomilovadır.

Film ilk dəfə iyulun 6-da -Nazarbayevin doğum günündə Qazaxıstanın “Xabar” telekanalında yayımlanıb, dünya premyerası isə Roma Kinofestivalı çərçivəsində baş tutub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button