Mədəniyyət

Qazax Müəllimlər Seminariyasının tarixi binası təmir olunur

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində olan Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir və bərpası həyata keçirilir”.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sözügedən yenidənqurma işləri Seminariyaya yaxın yerləşən və Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa hamamına da şamil edilir.

“Bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocağı kimi fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli kimi maarifçilərimizin irsini yaşadacaq. Seminariyanın binası təhsil və mədəniyyətin sintezini özündə əks etdirərək muzey və incəsənət mərkəzi kimi xidmət göstərəcək. Tarixi bina yeni məzmunda, lakin azərbaycançılıq məfkurəsi əsasında yeni nəsil maarifpərvərlər yetişdirəcək, ədəbi-bədii və elmi tədbirlərə ev sahibliyi edəcək”, – məlumatda vurğulanır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button