Cəmiyyət

Qazax, Ağstafa, Tovuz və Şəmkirdə gənclər narkomaniyanın fəsadları ilə bağlı məlumatlandırılıb

Martın 1-4-də Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının 8 təhsil ocağında “Gənclər narkomaniyaya qarşı” layihəsi çərçivəsində təlimlər keçirilib.

Tədbirdə Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub.

Təlimlərdə universitet, kollec, peşə və tam orta məktəblərin 500 nəfərə yaxın yuxarı sinif şagirdləri, tələbə və müəllimləri iştirak edib.

Məqsəd gənclərə narkomaniyanın törətdiyi faciəvi fəsadlar, yaydığı ağır xəstəliklər (QİÇS, HİV, Hepatitlər və s.) haqqında məlumat verməklə və “tor”a düşməmək üçün maarifləndirici iş aparmaqla, onları narkotik maddələrdən uzaq tutmaq və narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaqdır.

Tədbir interaktiv şəkildə gənclərin təlim prosesində aktiv iştirakı ilə həyata keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button