İqtisadiyyat

Qaz itkiləri azalıb – Ruslan Əliyev

“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində təbii qazdan istifadə zamanı itkiləri açıqlayıb.

Trend-in məlumatına görə, qurumun baş direktoru Ruslan Əliyev bildirib ki, 2022-ci ilin yanvar-mart ayları ərzində qaz itkisi 7,6 faiz olub.

“Ötən ilin eyni rübü ilə müqayisədə isə bu itki 2,2 faiz az olub. 2022-ci ilin mart ayında qaz itkisi 9 faiz olub ki, bu rəqəm də ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz azalıb”, – deyə Baş direktor bildirib.

Onun sözlərinə görə, ölkədə qazdan istifadəyə görə yanvar-mart ayları üzrə yığım 94,5 faiz olub: “Bunlardan əhali üzrə yığım 92 faiz, qeyri-əhali üzrə isə 98 faiz olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il yığım 19 faiz artıb. Bu artım əhali sektoru üzrə 2,8 faiz, qeyri-əhali üzrə 35,5 faiz olub”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button