İqtisadiyyat

Qaz çatışmazlığı neft məhsullarına tələbatı təhrik edə bilər

Qazın rekord qiymətləri 2021-2022-ci illərin qışının soyuq olacağı təqdirdə, neft məhsullarının enerji istehsalında alternativ yanacaq kimi istifadəsinə təkan verə bilər.
“APA-Economics”in məlumatına görə, bu barədə TASS “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçılarının texniki komitəsinin nazirlərinin monitorinq komitəsinin iclası üçün hazırlanmış sənədə istinadən xəbər verir.
Qeyd olunur ki, bu qışın soyuq keçəcəyi təqdirdə, bazarda yer alan qaz defisiti istilik və enerji istehsalında neft məhsulları da daxil olmaqla yanacaq əvəzedicilərinə tələbatı bir qədər də təhrik edə bilər.
Xatırladaq ki, son zamanlar Avropada qazın qiyməti rekordları yeniləyib. Belə ki, ötən həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 100 dollar həddini ötüb. Bu gün isə sözügedən göstərici 1 200 dollar həddini keçib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button