İdman

“Qarabağ”ın transferə çıxardığı futbolçu Kipr klubuna keçir

“Qarabağ”ın futbolçusu Qaspar Panadero Kiprin AEK komandasına keçəcək.

Artıq iki klub arasında şifahi razılıq əldə olunub. Yalnız tərəflər arasında müqavilənin imzalanması qalıb.

“Qarabağ”a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də “Qəbələ”yə qarşı forma geyinib.

Baş məşqçi Qurban Qurbanov Panaderoya qış fasiləsində özünə klub tapmasını tövsiyə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button