İdman
“Qarabağ”ın rəqibi penaltilərlə 1/4 finala yüksəldi

Fransa kubokunda 1/8 final mərhələsinə start verilib.
Qol.az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindakı rəqibi “Marsel” “Monpelye” ilə qarşılaşıb.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Nəticədə penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Marsel” 1/4 finala yüksəlib.
29 yanvar
Fransa kuboku, 1/8 final
“Marsel” – “Monpelye” – 1:1 (penaltilər – 5:4)
Qollar: Milik 74 (1:0), Makouana, 80 (1:1)