İdman

“Qarabağ”ın rəqibi “Ayaks”ın futbolçusunu alır

Niderlandın “Ayaks” klubunun futbolçusu Nikolas Talyafiko karyerasını Fransada davam etdirə bilər.

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Marsel” 30 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Fransa təmsilçisi argentinalı oyunçunu satın alma öhdəliyi ilə mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. Artıq Amsterdam klubuna Talyafiko ilə bağlı rəsmi təklif də edilib.

Qeyd edək ki, Nikolas Talyafiko 2021/2022 mövsümündə 13 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button