İdman

“Qarabağ”ın qapıçısı Qazaxıstan klubuna keçə bilər

Azərbaycan millisinin və “Qarabağ” klubunun qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

27 yaşlı qolkiperlə “Aktobe” klubu maraqlanır.

Klub artıq oyunçuya təklif də göndərib. Balayevin Qazaxıstan çempionatına qayıtmağa hazır olduğu bildirilib.

Ancaq “Aktobe” təcrübəli qapıçını çox gözləməyəcək. Balayevin mümkün keçidinə “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin uzun müddət sıradan çıxması mane olur. Bu səbəbdən, “Aktobe” başqa namizədlərə yönələ bilər. Qazaxıstan təmsilçisi vəziyyətin inkişafını izləyəcək və paralel olaraq digər qapıçılarla danışıqlar aparacaq.

Qeyd edək ki, Emil Balayev 2019-cu ildə Qazaxıstanda “Tobol”un formasını geyinib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button