İdman

“Qarabağ”ın oyunu təxirə salınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında fevralın 20-də keçirilməsi planlaşdırılan “Qarabağ” – “Sumqayıt” oyunu təxirə salınıb.

Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda Fransa “Marsel”i ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib.

Qurum “köhlən atlar”ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button