İdman

“Qarabağ”ın oyunu qara görə ləngiyib

“Qarabağ”ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən verilən məlumata görə, buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub.

Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.

Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib.

Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın “Visla” (Krakov) klubu ilə qarşılaşacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button