İdman

“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibi bəlli olub

“Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının III təsnifat mərhələsində AEL (Kipr) ilə üz-üzə gələcək Ağdam klubunun pley-offdakı potensial rəqibi bilinib.
Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən “Qarabağ” – AEL cütünün qalibi “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) qarşılaşmalarında üstün olan komanda ilə qarşılaşacaq. Təmsilçimiz pley-offa yüksəlsə, ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 5-də və 12-də, pley-offda 19-da və 26-da baş tutacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button