İdmanManşet

“Qarabağ”ın futbolçusu Konfrans Liqasında ən yaxşı qolun müəllifi seçilib

“Qarabağ”ın futbolçusu Kadi Borqes Konfrans Liqasında həftənin ən yaxşı qolunun müəllifi seçilib.Apasport.az saytının məlumatına görə, onun II tur çərçivəsində “Omoniya”nın qapısından keçirdiyi birinci qol ən yaxşı adına layiq görülüb.UEFA-nın azarkeşlər arasında apardığı səsvermədə braziliyalı yarımmüdafiəçinin 52-ci dəqiqədə uzaq məsafədən vurduğu bərabərlik topu digərlərindən çox səs toplayıb. O, Aleksandar Qlişiç (“Alaşkert”), Maksimilian Vittek (“Vitess”) və Ziqa Kousu (“Mura”) qabaqlayıb.Qeyd edək ki, “Qarabağ” bu tur Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub edib. Kadi Borqes isə həmin görüşdə dubla imza atıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button