İdman

“Qarabağ”ın daha çox xal itirəcəyini düşünmürəm”

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel”in baş məşqçisi Patrik Rahmen qrupdakı mövqeləri ilə bağlı danışıb. 

Qol.az xəbər verir ki, turnir cədvəlində 2-ci pillədə qərarlaşan komandanın çalışdırıcısı deyib:

“Biz “Omoniya” ilə matçda (1:1) qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək. “Çünki “Qarabağ”ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var”.

Qeyd edək ki, 4 oyundan sonra “Qarabağ” 10 xalla H qrupunda liderdir. “Bazel” 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button