İdman

“Qarabağ”ın əvvəl missiyası fərqli idi, indi də fərqli”

Gözəl oyunun dəyərindən də danışıb: “Bu oyun mənim diqqətimdə idi. Çünki klubumuz, büdcəmiz, mənəvi dəyərlərimiz hər şeydən üstün idi. Nə demək istədiyimi bilirsiz. Ona görə çox sevindim. Sona yaxın oyun canlandı. “Qarabağ” futbolçularının təcrübəsi hesabına oyunda qələbə qazandıq. Sevindirici haldır ki, yolumuza davam edək və artıq Avropada Qarabağın sahibləri kimi oynayaq. Bu çox dəyərli və qiymətlidir”. 
Klub prezidenti koronavirus pandemisından şikayətlənərək tamaşaçılarsız oynamaqdan bezdiklərini dilə gətirib: “Həm koronovirusdan, həm də oyunu tək özümüz izləməkdən yorulduq. Bu gün bu qədər tamaşaçı, fanklub, azarkeşlər, hardasa 15 min nəfər var idi. Təxminən il yarımdır buna həsrət idik. Önəmli futbol hadisəsi yaşadıq”. 
Gözəl heyətdəki problemi də qabardıb: “Mən açıq-aydın görürəm ki, hücumçu çatışmazlığı var. Bunu oyuna əsasən deyə bilmərəm. Amma hadisə olaraq futbol günü və qazandığımız üçün sevinc yaşadıq. Hər il dünyada futbol çətinləşir. Klubların büdcələri hər il artır. Bir neçə gün əvvəl Qurban Qurbanovla görüşdük. Futbol hər gün daha çətin olur. Yaxşı oyunçu cəlb etmək də asan deyil. Neçə vaxtdır yaxşı hücumçu almaq istəyirik. Amma çox çətinliklər yaşayırıq. Lakin hesab edirəm ki, “Qarabağ” sabitliyi, futbolçuların təcrübəsi, bir neçə yaxşı oyunçu, o cümlədən Riçard Almeyda kimilərin qayıtması ilə yaxşı görüşlər olacağına inanıram”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button