Gündəm

Qarabağda daha 64 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Qurumdan verilən məlumata görə, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button