Siyasət
Qarabağda daha 22 erməni hərbçisinin cəsədi tapıldı

Axtarışlar nəticəsində Qarabağda daha 22 erməni hərbçisinin cəsədi tapılıb.
Məlumatı erməni KİV-i yayıb.
“Dünən Horadiz, Cəbrayıl və Xanlıqda xilasetmə qrupları 22 erməni hərbçisinin cəsədini aşkarlayıblar”, – məlumatda qeyd olunub.
Bildirilir ki, ümumilikdə 14 noyabrdan bəri döyüş meydanından tapılan erməni əsgər meyitlərinin sayı 1020 olub.
İstiqlal