Mədəniyyət

Qarabağda açılacaq kitabxanalar üçün yeni layihə başlayıb

Bakı. Trend:
“Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, bütün dünyada “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı müxtəlif layihələr gerçəkləşdirən gənclərimizin yeni addımı həmin kitabxanalar üçün kitabların toplanması ilə bağlıdır. Milli Platformanın təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək. Daha sonra həmin kitablar işğaldan azad edilmiş rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək.
Milli Platformanın qərarına əsasən kitabxanalara hədiyyə olunan kitab sahiblərinin siyahısı tutulacaq və onlar barədə qısa məlumat hazırlanacaq.
Koordinatorun sözlərinə görə, artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Milli Platforma fəalları 1000-dən artıq kitab toplayıblar.

Layihəyə https://www.facebook.com/KarabakhIsAzerbaijan1/ üzərindən qoşulmaq olar.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button