İdman

“Qarabağ” və “Neftçi” Premyer Liqaya xal itkisi ilə başlayıb

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turuna yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 2 matç baş tutub.
Bir gün öncə olduğu kimi hər iki qarşılaşma Bakıda keçirilib. Ötən mövsümün iki ən yaxşısı, avrokuboklarda mübarizəni davam etdirən “Neftçi” və “Qarabağ” çempionatda ilk görüşünə çıxıb.
Ağdam klubu səfərdə “Zirə” ilə qarşılaşıb. Heç vaxt bu rəqibə uduzmayan Qurban Qurbanovun yetirmələri bu dəfə də ənənəni davam etdiriblər. “Qarabağ” ilk hissəni öndə bitirsə də, yekunda üstünlüyü əldən verib – 1:1. Komandalar ilk turda xalları yarı bölüblər.
Son çempion isə “Qəbələ”ni qəbul edib. Öncə Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan “Neftçi” uğursuzluqları daxili arenadakı nəticə ilə unutdurmaq üçün meydana çıxıb. Lakin Samir Abasovun yetirmələri 2 dəfə hesabda irəli keçsələr də, qələbə qazana bilməyiblər. Günün digər oyunu kimi bu matç da “sülh”lə başa çatıb. 
Ötən mövsümün liderlərinin xal itirdiyi turun ilk günündə “Sabah” “Səbail”ə (0:1), “Keşlə” “Sumqayıt”a (0:2) uduzub.
Azərbaycan Premyer LiqasıI tur15 avqust (bazar)18:00. “Zirə” – “Qarabağ” – 1:1Qollar: Təmkin Xəlilzadə, 50 (pen.) – İsmayıl İbrahimli, 18Baş hakim: Rauf Cabarov”Zirə”: 1. Mehdi Cənnətov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov,13. Ramin ƏhmədovEhtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov,10. Ağabala Ramazanov, 15. Ruslan Abışov, 11. Velves Damatsena, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 4. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı, 64. Mahmud AğayevBaş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 12. Emil Balayev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 20. Kadi Malinovski, 22. Musa QurbanlıEhtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 11. Xayme Romero, 6. Patrik Andrade, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə, 83. Nihad QuliyevBaş məşqçi: Qurban QurbanovZirə İdman Kompleksinin stadionu
20:00. “Neftçi” –“ Qəbələ” – 2:2Qollar: Fəhmin Muradbəyli, 55, Voyislav Stankoviç, 76 – İsnik Alimi, 67 (pen.), Ülvi İsgəndərov, 84Baş hakim: Elçin Məsiyev”Neftçi”: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov (k), 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 11. Harramiz Soares, 14. Romen Bask, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı.Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 29. Sabir Buqrin, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 72. Emin ZamanovBaş məşqçi: Samir Abasov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov (k), 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato, 12. Rüfət ƏhmədovEhtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf RüstəmliBaş məşqçi: Elmar Baxşıyev“Bakcell Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button