İdman

“Qarabağ” Serbiya klubuna uduzdu

Bu gün “Qarabağ” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası “Baçka Topola” (Serbiya) ilə üz-üzə gəlib. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” bu görüşdə ikinci heyətin üzvlərinə də şans verib.

“Qarabağ” günün ikinci yarısında “Slyonsk”u (Polşa) sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

“Baçka Topola” Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, “Slyonsk” isə Polşa liqasında 24 xalla 10-cudur.

Qeyd edək ki, “Qarabağ” ilk matçında Rumıniyanın “Qaz Metan” komandası ilə qolsuz heç-heçə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button