İdman
“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri oyun günü – oktyabrın 30-u satışa çıxarılacaq.
Qol.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Saat 18:30-da başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 2, 3, 5 və 15 manat təşkil edir.
Satış məntəqələri:
“Azersun Arena”
Park Bulvarın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” Fan-Şopunda (10:00-dan 17:00-dək).