İdman

“Qarabağ” Konfrans Liqası qrupuna 1 xalla başlayıb

Bu gün “Qarabağ” növbəti avrokubok oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının qrupunda ilk maçına çıxıb.
Ardıcıl 8-ci dəfə avrokubokların qrupunda oynayan Qurban Qurbanovun yetirmələri mübarizəyə evdə start verib. Təmsilçimiz İsveçrə “Bazel”i ilə üz-üzə gəlib. Matç Bakı Olimpiya Stadionunda təşkil olunub.
Konfrans Liqasında məğlubiyyət nə olduğunu bilməyən “Qarabağ” doğma azarkeşləri önündə uğurlu seriyanı davam etdirib. Lakin oyunboyu üstün çıxışa və kifayət qədər qol şansına baxmayaraq, rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Nəticədə qarşılaşma 0:0 hesabı ilə başa çatıb və “Qarabağ” qrupa 1 xalla başlayıb.
Qrupun digər görüşündə “Kayrat”la “Omoniya” birincilərin meydanında qolsuz bərabərə qalıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu sentyabrın 30-da Kiprdə “Omoniya”ya qarşı keçirəcək.
Konfrans LiqasıH qrupu, I tur16 sentyabr20:45. “Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) – 0:0Baş hakim: Erik Lambrexts (Belçika)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin MedinaEhtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad QuliyevBaş məşqçi: Qurban Qurbanov
“Bazel”: 1. Hayns Lindner, 4. Eray Cömert, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Ştoker (k), 19. Darlan Males, 21. Endi Pelmard, 22. Serxio Lopez Qalaçe, 23. Vuter Burger, 27. Dan Ndoye, 28. Raul PetrettaEhtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 5. Mikael Lanq, 17. Liam Millar, 24. Tikian Tuşi, 29. Adrian Durrer, 30. Tomaş Tavares, 34. Taulan Caka, 35. Matias Palasios, 40. Liam Kipperfild, 96. Mendes Manqo FernandesBaş məşqçi: Patrik Rahmen

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button