İdman

“Qarabağ” klubu dünya reytinqində 162-ci pillədə qərarlaşıb

“Qarabağ” dünya reytinqində 162-ci pillədə qərarlaşıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı xəbər verir ki, “köhlən atlar” 200 komandanın yer aldığı siyahıda yeganə Azərbaycan təmsilçisidir.

Komandanın aktivində 85,6 xal var.

Siyahıya 297 xalla Braziliya “Atletiko Mineyro”su başçılıq edir. Niderland “Ayaks”ı 292 xalla ikinci, Braziliyanın digər klubu “Palmeyras” 288 xalla üçüncüdür.

Qeyd edək ki, reytinq 1 fevral 2021-ci il – 31 yanvar 2022-ci il tarixlərini əhatə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button